XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqası: “Mançester Siti”, “Real Madrid” və PSJ turu qələbə ilə başa vurdu 
İdman 09:43 / 15.09.2022
UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun oyunlarına yekun vurulub. İkinci oyun günündə A, E, F, G və H qruplarında ümumilikdə 9 qarşılaşma təşkil olunub. A qrupunda İtaliyanın "Napoli” klubu Şotlandiyada "Reyncers”i darmadağın edib – 3:0.
E qrupunda "Çelsi” İngiltərədə Avstriyanın "Zaltsburq” klubu ilə bacarmayıb -1:1.
Bu qrupun digər oyununda isə İtaliyanın "Milan” klubu doğma meydanda Xorvatiyanın "Dinamo Zaqreb” komandasına 3:1 hesabı ilə məğlub olub.
F qrupunda turnirin son qalibi olan İspaniyanın "Real Madrid” klubu evdə Almaniyanın "Leyptsiq” klubuna 2 cavabsız qolla qalib gəlib.
Bu qrupun digər oyunu "Şaxtyor” və "Seltik” komandaları arasında olub. Ukraynadakı məlum hadisələr səbəbindən oyun Polşada, Varşava şəhərində keçirilib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
G qrupunda İngiltərənin "Mançester Siti” klubu doğma meydanda Almaniyanın "Borussiya” (Dortmund) komandası üzərində əzmkar qələbə qazanıb – 2:1.
Danimarkada "Kopenhagen” və İspaniya "Sevilya”sı arasında oynanaılan matçda isə hesab açılmayıb.
H qrupunda "Yuventus” İtaliyada Portuqaliya "Benfika”sına uduzub – 1:2.
Fransanın PSJ klubu isə İsraildə Hayfa "Makkabi”sindən üstün olub – 3:1.


24600 oxunub

InvestAZ