XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Şəhid olanlar arasında Azərbaycan boksçusu da var
İdman 13:39 / 14.09.2022
Ermənistanın təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə yüksələn Xəyal Əlövsət oğlu Əhədzadə Azərbaycan boksçusudur. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, o, Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi olub. Xüsusi Təyinatı Qüvvələrdə gizir kimi çalışıb.

Məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olan şəhid boksçu 1998-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olub.

O, "Azərbaycan Bayrağı” ordeni, "Vətən müharibəsi iştirakçısı”, "Füzulinin azad olunmasına”, "Cəbrayılın azad olunmasına”, "Kəlbəcərin azad olunmasına” və "Şuşanın azad olunmasına” görə medalları ilə təltif edilib.

Federasiyanın kollektivi şəhid boksçunun timsalında bütün şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Allah rəhmət etsin!

27842 oxunub

InvestAZ