XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Asiya çempionatından 3 medal
İdman 13:11 / 14.09.2022
Özbəkistanın Buxara şəhərində kombat ciu-citsu üzrə açıq Asiya çempionatı keçirilib. Kombat ciu-citsu yapon döyüş növüdür. Bu döyüş növü xüsusilə dünyada polislər, xüsusi təyinatlılar, cangüdənlər və hərbçilərin arasında geniş istifadə olunur. Hətta bir çox güc strukturları əməkdaşlarının döyüş hazırlığı proqramına salınıb. Azərbaycanı həmin yarışda Daxili İşlər Nazirliyinin (DİN) idman cəmiyyətinin 2 idmançısı təmsil edib. İdmançılarımız çempionatın "full contact” və "close kontakt” versiyalarında iştirak ediblər. Asiya çempionatında veteranlar arasında "full contact” versiyasında Məğrur Əhmədov (85 kq) ikinci, həmçinin "close contact" versiyasında üçüncü olub. 21-36 yaşarası qrupda isə Sabir Həsənov (85 kq) bürünc medal qazanıb.

Komandanın rəhbəri, DİN-in idman cəmiyyətinin əməkdaşı, Fəxri bədən tərbiyəsi və idman işçisi, Əməkdar məşqçi Rəsul Məmmədov Asiya çempionatına baş hakim qismində dəvət alıb və onun rəhbərliyi altında həmin yarışın hakim briqadaları idarə olunub.

Qeyd edək ki R.Məmmədov Beynəlxalq Kombat Ciu-citsu Federasiyasının Hakimlər komitəsinin sədridir və dəfələrlə dünya, Avropa və Asiya çempionatlarını baş hakim kimi idarə edib.


24249 oxunub

InvestAZ