XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Karateçilərimiz dünya çempionatını 24 medalla başa vurdular
İdman 11:52 / 14.09.2022
Azərbaycan karateçiləri Çexiyanın Pardubitse şəhərində Dünya Şotokan Federsiyasının (WSF) 12-ci dünya çempionatında 14 qızıl, 7 gümüş və 3 bürünc medal qazanıb. Yarış 31 ölkədən 1804 karateçi arasında Dünya Karate Federasiyası (WKF), həmçinin Şobu ippon, Şobu sanbon qaydaları və açıq çəki dərəcəsi üzrə keçirilib.

Ayxan Mamayev və Elməddin Səlimli hər dörd versiyanın qalibi olmaqla "Grand Winner" mükafatına layiq görülüb.

Müxtəlif versiyalar üzrə yarışlarda həmçinin Emil Xasiyev, Ülvi Bünyatov, Siyavuş Bayramov, Astan Qasımov, Xəyal Məmmədov, Səidə Mikayılova, Fehruz Nəbizadə, Valeriya Rudakova, Elnur Əliyev, Emiliya Mitilinova, eləcə də kumitedə böyüklər və veteranlar, katada isə qadınlardan ibarət komanda mükafatlara sahib çıxıb.

WSF-in Azərbaycan nümayəndəsi Rənad Əliyevə beynəlxalq təşkilatın 6-cı dan dərəcəsi təqdim edilib.

24430 oxunub

InvestAZ