XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Boksçularımız Serbiyada beynəlxalq turnirdə iştirak edəcəklər
İdman 10:20 / 12.09.2022

Sentyabrın 14-18-də Serbiyanın Subotitsa şəhərində gənc oğlan və qız boksçular arasında beynəlxalq turnir keçiriləcək. Yarışda Azərbaycan millisi oğlan idmançıların mübarizəsində gücünü sınayacaq. Komandamız turnirdə baş məşqçi Elbrus Rzayev və məşqçi Vüqar Məmmədovun rəhbərliyi altında 12 boksçu ilə təmsil olunacaq. Serbiyada ölkəmizin idman şərəfini Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq), Nadir Məlikov (57 kq), Tacı Tağızadə (60 kq), Səid Abdullayev (63,5 kq), Sənan Hətəmov (67 kq), Daniel Xolostenko (71 kq), Rza Rzazadə (75 kq), Fətəli İsmayılov (80 kq), Rəşid Məmmədov (86 kq), Məmməd Quliyev (92 kq) və Səbuhi Əlizadə (+92 kq) qoruyacaqlar. Subotitsaya sentyabrın 12-də yollanan yığmamız ayın 20-də Vətənə qayıdacaq.

Turnirdə 24 ölkədən 226 (176 oğlan, 50 qız) boksçu gücünü yoxlayacaq. Yarışın püşkatması bu gün keçiriləcək.

Qeyd edək ki, turnirdə iştirak dünya birinciliyinə hazırlıq xarakteri daşıyır.


26495 oxunub

InvestAZ