XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Fərid Qayıbov İƏT ölkələri gənclər vəidman nazirlərinin V konfransında iştirak edib
İdman 10:45 / 10.09.2022

Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin gənclər və idman nazirlərinin V konfransı keçirilib. Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov tədbirdə iştirak edib. Tədbirdə İƏT-in dördüncü konfransının sədri qismində iştirak edən F.Qayıbov görülmüş işlər barədə hesabat verib, eyni zamanda bütün üzv ölkələrə və qurumlara bu dövrdə təşkilatın fəaliyyətinə göstərdiyi dəstəyə görə təşəkkür edib.

Nazir çıxışının sonunda konfransa sədrliyi Səudiyyə Ərəbistanı Krallığına təhvil verərək, bu ölkənin idman naziri, şahzadə Əbdüləziz bin Turki Əl-Faysalı bu münasibətlə təbrik edib, təşkilatın yeni nailiyyətlər qazanacağına inandığını bildirib.

Tədbirdə çıxış edən ölkələrin nümayəndələri konfransa sədrlik etdiyi dörd il (Azərbaycanın sədrliyi pandemiya səbəbindən 2 il yox, 4 il davam edib) ərzində göstərdiyi fəallığa görə Azərbaycana təşəkkür ediblər.


24323 oxunub

InvestAZ