XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Federasiya prezidenti Qax rayonundan olan məşqçi və cüdoçularla
İdman 09:11 / 13.09.2022
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Qax rayonundan olan məşqçilər və cüdoçular ilə görüşüb. Görüşdə R.Nəbiyevə Qaxda 50 nəfərə yaxın gənc və yeniyetmənin cüdo idman növü ilə məşğul olduğu vurğulanıb. Federasiyanın prezidenti bölgədə idmançılar üçün yaradılan şəraitlə tanış olub, maddi-texniki bazanın təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib, məşqçi-müəllimlərin uşaqlar və yeniyetmələrlə işlərini müasir tələblərə uyğun qurmaları üçün tövsiyələrini bildirib.
Rəşad Nəbiyev cüdonun daha da kütləviləşdirilməsi ilə uşaqların, yeniyetmələrin və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstəyin göstərilməsinin Azərbaycan Cüdo Federasiyasının fəaliyyətinin əsas məqsədlərindən biri olduğunu qeyd edib.
Görüş zamanı Federasiya prezidenti regionlarda cüdonun daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparıb və müvafiq qərarlar verilib.


25388 oxunub

InvestAZ