XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



UEFA Çempionlar Liqası: Qrup mərhələsində birinci turun oyunlarına yekun vuruldu 
İdman 09:23 / 08.09.2022
UEFA Çempionlar Liqası: Qrup mərhələsində birinci turun oyunlarına yekun vuruldu
UEFA Çempionlar Liqasının qrup mərhələsində birinci turun oyunlarına yekun vurulub. İkinci oyun günündə 8 qarşılaşma keçirilib. Günün oyunlarında aşağıdakı nəticələr qeydə alınıb. Gecənin sensasiyası A qrupunda qeydə alınıb. Ötən mövsümün finalçısı olan İngiltərənin "Liverpul" klubu İtaliyada "Napoli"yə 4:1 hesabı ilə məğlub olub. C qrupunda İspaniyanın "Barselona" komandası doğma meydanda pley-offda "Qarabağ”ı mübarizədən kənarlaşdıran Çexiyanın "Viktoriya" (Plzen) komandasını darmadağın edib - 5:1. Bu qrupun digər oyununda Almaniyanın "Bavariya" klubu İtaliyada "İnter"ə 2 cavabsız qolla qalib gəlib.
Qeyd edək ki, qrup mərhələsinin birinci turunun ilk 8 oyunu ötən gün keçirilib.

Qrup mərhələsi, birinci tur
A qrupu
"Ayaks" (Niderland) - "Reyncers" (Şotlandiya) - 4:0
"Napoli" (İtaliya) - "Liverpul" (İngiltərə) - 4:1
B qrupu
"Atletiko" (Madrid, İspaniya) - "Portu" (Portuqaliya) - 2:1
"Brügge" (Belçika) - "Bayer" (Almaniya) - 1:0
C qrupu
"Barselona" (İspaniya) - "Viktoriya" (Plzen, Çexiya) - 5:1
"İnter" (İtaliya) - "Bavariya" (Almaniya) - 0:2
D qrupu
"Ayntraxt" (Frankfurt, Almaniya) - "Sportinq" (Portuqaliya) - 0:3
"Tottenhem" (İngiltərə) - "Marsel" (Fransa) - 2:0.


26623 oxunub

InvestAZ