XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Millimizin dünya çempionatı üçün heyəti açıqlandı
İdman 15:48 / 07.09.2022
Sərbəst güləş üzrə Azərbaycan millisinin sentyabrın 10-dan 18-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb. Mundialın sonuncu günlərində sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar.

Bu gün Olimpiya Güləş Mərkəzində yığma komandanın üzvləri ilə görüş keçirilib. Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü, millinin baş məşqçisi Namiq Abdullayev, baş katibin müavini Orxan Məmmədov, Olimpiya çempionu Toğrul Əsgərov və Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Cəfərov idmançılara məsul yarışda uğurlar arzulayıb və tövsiyələrini çatdırıblar. Daha sonra heyət açıqlanıb.

Dünya çempionatında baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq), Coşqun Əzimov (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Əbubəkr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Məhəmmədxan Məhəmmədov (97 kq) və Aydın Əhmədov (125 kq) Azərbaycanı təmsil edəcəklər.

Qeyd edək ki, sentyabrın 14-də sərbəst güləş üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün C.Əzimov, Ə.Aşırov, Ə.Abakarov və A.Əhmədov yarışa start verəcək. Ayın 16-da Ə.Rzazadə, T.Bayramov və O.Nurməhəmmədov, ertəsi gün isə İ.Bazarqanov, H.Əliyev və M.Məhəmmədov xalça üzərinə çıxacaqlar.

29899 oxunub

InvestAZ