XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Qarabağ"ın Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşib
İdman 15:31 / 25.08.2022
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki potensial rəqiblərindən 11-i dəqiqləşib. "Köhlən atlar” avqustun 26-da gerçəkləşəcək püşkatma mərasimində ikinci səbətdə yer alacaq.
İndiyədək birinci səbətdəki 8 klubdan 7-nin adına aydınlıq gəlib. Bunlar "Mançester Yunayted", "Arsenal" (hər ikisi İngiltərə), "Roma", "Latsio" (hər ikisi İtaliya), "Braqa" (Portuqaliya), "Dinamo" (Kiyev, Ukrayna), "Srvena Zvezda" (Serbiya) komandalarıdır.
Hələlik üçüncü səbətdə Almaniyanın "Union" (Berlin) və "Frayburq", dördüncü səbətdə isə Belçika "Yunion" ilə Türkiyə "Trabzonspor"unun olacağı dəqiqdir.
PSV (Niderland), "Renn" (Fransa), "Monako" (Fransa) və "Real Sosyedad" (İspaniya) II səbətdə yer alacaq və "Qarabağ"la düşməyəcək.
Qeyd edək ki, UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan sonuncu 10 komanda bu gün keçiriləcək pley-off mərhələsinin cavab matçlarından sonra bəlli olacaq. Həmin görüşlərin ardından səbətlərin tərkibi tam müəyyənləşəcək.

31314 oxunub

InvestAZ