XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bölgələrdə yeni ağırlıqqaldırma zalları istifadəyə verilib
İdman 11:27 / 25.08.2022
İsmayıllı, Qax və Balakən rayonlarında yeni ağırlıqqaldırma zalları istifadəyə verilib. "Girdiman”, "Kürmük” və BAF klublarının məşq zalları müvafiq avadanlıqlarla təchiz olunub. Zallarda körpücüklər, məşq üçün dəstlər, fiziki hazırlığı yüksək səviyyədə saxlamaq üçün avadanlıqlar yerləşdirilib.
Yeni idman zallarında isti döşəmə və havalandırma sistemləri qurulub, paltardəyişmə, duş-kabinələri, sauna otaqları, məşqçilərin iş otaqları yaradılıb.
Yeni idman zallarında təcrübəli mütəxəssislərin rəhbərliyi altında müxtəlif yaş qrupları üzrə sistemli məşqlər keçirilir.
Bölgələrdə yeni idman zallarının açılması ağırlıqqaldıranların müxtəlif səviyyəli yarışlara, o cümlədən beynəlxalq turnirlərə hazırlığını təşkil etməyə, o cümlədən yığma komandaların təlim məşq toplanışlarının daha yaxşı təşkil olunmasına imkan verəcək.

28741 oxunub

InvestAZ