XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Konya-2021-in gümüş mükafatçısı olmuş qadın həndbolçularla görüş keçirilib
İdman 11:30 / 24.08.2022
Azərbaycan Həndbol Federasiyasının (AHF) rəhbərliyi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatını qazanan qadın həndbolçulardan ibarət milli komandanın üzvləri ilə görüşüb. AHF-in prezidenti Saleh Məmmədov V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanması münasibətilə komandanın üzvlərini təbrik edib. O, Azərbaycanın dünyada idman ölkəsi kimi şöhrət qazanmasını ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısının nəticəsi kimi dəyərləndirib.
Azərbaycanın hər il yeni-yeni beynəlxalq turnirlərin təşkilatçısı kimi böyük nüfuz qazandığını, ən mötəbər yarışlarda mühüm uğurlar əldə etdiyini deyən S.Məmmədov belə bir tərəqqinin həndbolun inkişafı üçün də böyük imkanlar yaratdığını vurğulayıb.
Göstərilən diqqət və qayğıya görə, federasiya prezidentinə minnətdarlıqlarını bildirən idmançılar əmin ediblər ki, komandanın qələbə soraqları yeni yarışlardan da eşidiləcək.
Komanda üzvlərini bir daha təbrik edən S.Məmmədov onlara yeni uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.


26774 oxunub

InvestAZ