XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirəcək
İdman 02:25 / 24.08.2022

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Ağdamın "Qarabağ” klubu Çexiyada "Viktoriya" (Plzen) komandasının qonağı olub. "Dusan Arena"da oynanılan matçı portuqaliyalı FIFA referisi Artur Diaş idarə edib. Matçda hesabı 38-ci dəqiqədə "Qarabağ”ın futbolçusu Filip Ozobiç açıb. Oyunun ilk hissəsi bu hesabla başa çatıb. İkinci hissəyə meydan sahibləri daha fəal başlayıblar. Oyunun 58-ci dəqiqəsində Yan Kopits, 73-cü dəqiqəsində isə Yan Klimentin vurduğu qollar Plzen təmsilçisini hesabda önə keçirib. Beləliklə, görüş "Viktoriya”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında Bakıda təşkil olunan ilk matçda hesab açılmayıb. İki oyunun nəticəsinə görə, "Qarabağ” klubu Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.


26391 oxunub

InvestAZ