XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Millimiz Gürcüstana yollanıb
İdman 14:41 / 23.08.2022
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Gürcüstana yola düşüb. Avropa çempionatının təsnifat mərhələsində D qrupunda mübarizə aparan millimiz qrupda növbəti oyununu avqustun 24-də səfərdə Gürcüstan kollektivinə qarşı keçirəcək.

Tbilisidə "Yeni Voleybol Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda Gürcüstana 3:0 hesabı ilə qalib gəlib. Yığmanın D qrupundakı digər rəqibləri Sloveniya və Avstriyadır.

Ümumilikdə təsnifat mərhələsində 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq kollektivlər final mərhələsinə yüksələcək.

Qeyd edək ki, Avro-2023-ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək.

29462 oxunub

InvestAZ