XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqası: “Qarabağ” üçün vacib sınaq
İdman 09:43 / 23.08.2022
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq. "Qarabağ" klubu Çexiyada "Viktoriya" (Plzen) komandasının qonağı olacaq. Plzendəki "Dusan Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı portuqaliyalı FIFA referisi Artur Diaş idarə edəcək.

Xatırladaq ki, Bakıdakı ilk oyunda qolsuz heç-heçə qeydə alınıb. Cavab qarşılaşmasında qalib gələn komanda turnirin qrup mərhələsinə vəsiqə qazanacaq. Məğlub tərəf isə yoluna Avropa Liqasının qrupunda davam edəcək.

Ağdam təmsilçisi matça ciddi itkilərlə çıxacaq. Kapitan Maksim Medvedev və kolumbiyalı müdafiəçi Kevin Medina zədə səbəbindən oyunu buraxacaqlar. Meydan sahiblərindən isə kapitan Lukaş Heyda cəzalı olduğu üçün görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, "Qarabağ" daha əvvəl 2017/2018 mövsümündə Çempionlar Liqasının qrupunda mübarizə aparıb.


31202 oxunub

InvestAZ