XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



İdman gimnastlarımız Avropa çempionatında iştirakını başa vurublar
İdman 22:10 / 21.08.2022
Almaniyanın Münhen şəhərində keçirilən qarışıq idman növləri üzrə Avropa çempionatına yekun vurulub. İdman gimnastikası üzrə keçirilən yarışlarda ölkəmizi 4 qadın və 8 kişi idmançı təmsil edib.
Komandamızın üzvlərindən ən yaxşı nəticəni kişi idman gimnastikası üzrə təmsilçilərimiz Nikita Simonov və İvan Tixonov göstərib. Belə ki, Nikita halqalar ilə hərəkətlərdə, İvan Tixonov isə dayaqlı tullanmada uğurla çıxış edərək final mərhələsinə adlayıb. Həlledici mərhələdə hər iki idmançımız 6-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, qadınlar arasında ən yaxşı nəticəni gənclər arasında Nazənin Teymurova göstərmişdi. Belə ki, gimnastımız dayaqlı tullanma üzrə hərəkətlərdə uğurla çıxış edərək Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq qadın idman gimnastikası üzrə gənclər yaş kateqoriyasında finala vəsiqə qazanmışdı.
Final mərhələsinin yekununa əsasən idmançımız qitə çempionatını 5-ci pillədə başa vurub.


27077 oxunub

InvestAZ