XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bakıda ilk dəfə aquatlon üzrə uşaqlar üçün yarış keçirilib
İdman 12:39 / 20.08.2022
Avropa Oyunları Parkında Azərbaycanda ilk dəfə aquatlon idman növü üzrə 5-15 yaşlı uşaqlar arasında yarış keçirilib. "Trikidsbaku”, Azərbaycan Triatlon Federasiyası, "Aquatic Palace” Su idmanı Sarayının təşkilatçılığı ilə keçirilən turnirdə 180 nəfərə yaxın azyaşlı idmançı iştirak edib. Gənclərdən ibarət Azərbaycan triatlon yığmasının baş məşqçisi Balaheydər Kərimov və yeniyetmələrdən ibarət Azərbaycan triatlon yığmasının baş məşqçisi Nurəli Məmmədovun rəhbərliyi altında təşkil olunan yarışın müxtəlif yaş qruplarında Pəri Qaranizadə, Rauf Xasayev, Leyla Kərimli, Rəsul Hüseynov, Veronika Novotorjina, Məhər Sadıqlı, Leyla Qurbanova, Kənan Musayev, Məryəm Cavadova, Denis Xasyanov, Xumar Mustafayeva, Amin Oruclu, Vlastelina Xaysanova, Fərhad Şirməmmədli, Sevda Masoudi Nəsib və Əli Rzazadə qalib adını qazanıblar.
Qeyd edək ki, aquatlon idman yarışı formatına üzgüçülük və qaçış daxildir. Uşaqlar üçün keçirilən turnirdə 50 metr məsafəyə üzmək və 500 metr qaçış məsafəsi müəyyən olunub.


27731 oxunub

InvestAZ