Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarı müəyyənləşib. Bu gün Bakı vaxtı ilə saat 21:00-da bağlanış mərasimi keçiriləcək.
Bağlanışda Azərbaycan nümayəndə heyətinin bayraqdarı İslam Həmrəyliyi Oyunlarının üçqat mükafatçısı – basketbol 3x3 milli komandasının üzvü Zaur Paşayev olacaq.
28928 oxunub