XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Dörd kikboksçumuz Konya-2021-in finalında
İdman 12:48 / 18.08.2022
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının sonuncu yarış gününə start verilib. Oyunların 14-cü, sonuncu günündə kikboksinqçilərimiz də medallar uğrunda mübarizə aparırlar. Artıq Azərbaycanın 4 kikboksçusu finala vəsiqə qazanıb. Ramal Aslanov (Low kick, 75 kq), Anar Məmmədov (Low kick, 57 kq), Camal Məmmədov (Full kontact, 54 kq) və Fərid Ağamoğlanov (Full kontakt 63,5 kq) yarımfinalda qalib gələrək finalda iştirak etmək hüququ qazanıblar.
Bu gün həmçinin Saqi Salehli (Full contact, 75 kq) və Elvin Ağayev (Full contact, 86 kq) də final görüşlərinə çıxacaqlar.



39198 oxunub

InvestAZ