XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqası: “Qarabağ” - “Viktoriya Plzen” oyununda hesab açılmadı
İdman 23:12 / 17.08.2022
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib. Pey-offda ilk oyununa çıxan Azərbaycanın "Qarabağ” komandası Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda Çexiyanın "Viktoriya Plzen” klubunu qəbul edib. Maraqlı və gərgin mübarizə şəraitində keçən oyunda qapılara top vurulmayıb. Beləliklə, oyun heç-heçə başa çatıb - 0:0. Bu qarşılaşmada Bakıda beş ildən sonra yenidən UEFA Çempionlar Liqasının rəsmi himni səsləndirilib.
Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki "Dusan Arena”da oynanılacaq.
Bu turu keçən komanda mübarizəni UEFA Çempionlar Liqasının qrup mərhələsində davam etdirəcək. Məğlubiyyətə uğrayan klub isə UEFA Avropa Liqasının qrup oyunlarına qatılacaq.

25147 oxunub

InvestAZ