XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Triatlonçumuz Avropa çempionatında iştirak edib
İdman 12:11 / 15.08.2022
Triatlon üzrə Azərbaycan yığmasının üzvü Rostislav Pevtsov Münhendə keçirilən Avropa çempionatında 14-cü yeri tutub. Pevtsov 1500 metrlik su məsafəsini 18 dəqiqə 37 saniyəyə başa vurub. Ardınca 40 kilometrlik velodistansiyanı 51 dəqiqə 16 saniyəyə qət edib. Nəhayət yarışların sonuncu mərhələsi - 10 kilometrlik qaçış zolağını idmançımız 32 dəqiqə 6 saniyəlik nəticə ilə başa vurub. Ümumi hesabda R.Pevtsov 1 saat 43 dəqiqə 1 saniyəlik göstərici ilə 14-cü yerdə qərarlaşıb. 71 idmançının mübarizə apardığı turnirin qalibi fransalı Leo Berjere olub.


26342 oxunub

InvestAZ