XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Boksçularımız Millətlər kubokunu 5 medalla başa vurdular
İdman 09:52 / 15.08.2022
Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında Millətlər kubokuna yekun vurulub. Azərbaycan milli komandası 18 ölkədən 151 idmançının qatıldığı ənənəvi yarışda 3 qızıl və 2 gümüş medal qazanıb. Məşqçi Ağası Məmmədovun rəhbərlik etdiyi yığmanın heyətində Bilal Nəzərov (46 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun çəki dərəcəsində Faiq Mollayev ikinci yeri tutub. 50 kiloqram çəki dərəcəsində Tağı Nəsibov da qızıl medala yiyələnib. O, finalda Daniel İrofteni (Rumıniya) 4:1 hesabı ilə məğlub edib. Nəsibov bu qələbə ilə 1/4 finalda komanda yoldaşı Vaqif Hacıyevə qalib gələn rumından revanş da alıb.
Məhəmmədəli Qasımzadə (57 kq) də Vrbasda Azərbaycanın Dövlət Himnini səsləndirib. Boksçumuz finalda Arun Tudoroiu (Rumıniya) üzərində 5:0 hesabı ilə inamlı qələbə qazanıb və qızıl medala layiq görülüb.
54 kiloqram çəki dərəcəsində çıxış edən Məhəmmədəli Aşırəliyev (54 kq) isə ikinci yerlə kifayətlənib. Onun çəkisində Aydar Kadirxan (Qazaxıstan) çempion olub.
Beləliklə, 3 qızıl və 2 gümüş medal qazanan Azərbaycan yığması Millətlər kubokunda komanda hesabında 3-cü yeri tutub. Məşqçi Ağası Məmmədov bu nəticəyə əsasən, kubokla mükafatlandırılıb. 57 kiloqram çəki dərəcəsində yarışın qalibi olan Məhəmmədəli Qasımzadə, həm də ən döyüşkən boksçu kimi xüsusi mükafata sahib olub.


25715 oxunub

InvestAZ