XƏBƏR LENTİ
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025
25 İyun 2025
24 İyun 2025
23 İyun 2025
19 İyun 2025



Konya-2021: Bu gün təmsilçilərimiz 8 idman növündə yarışacaqlar 
İdman 10:04 / 12.08.2022
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir. Yarışın səkkizinci günündə - avqustun 12-də Azərbaycan təmsilçiləri 8 idman növündə güclərini sınayacaqlar. Atletikada Nazim Babayev uzunluğa tullanma yarışlarında çıxış edəcək.
Taekvondo yarışlarında isə Fatimə Məcidova (62 kq), Məhəmməd Məmmədov (74 kq) və Radik İsayev (+87 kq) dayanq üzərinə çıxacaqlar.
Kişi həndbolçulardan ibarət Azərbaycan millisi qrup mərhələsi çərçivəsində İran seçməsi ilə üz-üzə gələcək.
Qadın voleybolçulardan ibarət millimiz isə B qrupunun oyunları çərçivəsində Kamerun millisini sınağa çəkəcək.
Futbol üzrə millimiz isə Mərakeş seçməsi ilə qarşılaşacaq.
Stend atıcılığının trap növünün qarışıq komanda yarışında Aydan Camalova - Əli Hüseynli cütlüyü mübarizə aparacaq.
Güləş yarışlarında isə Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq), Ülvi Qənizadə (72 kq), Rafiq Hüseynov (82 kq), Arif Niftullayev (97 kq), Elnurə Məmmədova (55 kq) və Elis Manolova (65 kq) döşək üzərinə çıxacaqlar.
Ağırlıqqaldırma yarışlarında Tehran Məmmədov (61 kq) və İsa Rüstəmov (67 kq) mübarizə aparacaqlar.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edir.


24870 oxunub

InvestAZ