XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Məram çiçəyi” və “Səlcuqlu ulduzu”
İdman 17:34 / 13.07.2022
Avqustun 9-dan 18-dək Türkiyənin Konya şəhərində keçiriləcək beşinci İslam Həmrəyliyi Oyunlarının medalları ictimaiyyətə təqdim olunub. Mötəbər yarışda 56 ölkədən atletlər 24 idman növündə 483 dəst medal uğrunda mübarizə aparacaqlar. Medalın ön tərəfində yarışın loqosu ilə yanaşı, "Məram çiçəyi”nin təsvirinə yer verilib. Tarix boyu müqəddəs hesab olunan çiçək canlanmanı təcəssüm etdirir. Medalın içində "Səlcuqlu ulduzu” həkk olunub. Bu da səkkiz fərqli özəlliyi özündə birləşdirir. Belə ki, səkkiz ulduz cənnətin səkkiz qapıdan ibarət olmasına bir işarədir. Səkkiz, həmçinin özündə mərhəmət, şəfqət, səbir, sirr tutma, sədaqət, şükür, doğruluq və alicənablığı cəmləşdirir. Medalın ön hissəsini bərəkət rəmzi olan sünbül ünsürü tamamlayır. Medalın arxa hissəsində isə İslam Həmrəyliyi İdman Federasiyasının loqosu və sünbül yer alıb. İdmançılar Konya-2021-də atıcılıq, atletika, basketbol (3x3), velosiped, gimnastika (idman, bədii, aerobika), futbol, qılıncoynatma, güləş, ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, kamandan oxatma, taekvondo, voleybol, üzgüçülük və milli oxçuluq növlərində yarışacaqlar. Paralimpiyaçılar isə atletika, stolüstü tennis, kamandan oxatma, boccia və üzgüçülük yarışlarında güclərini sınayacaqlar. Mötəbər yarışa Azərbaycan idmançıları da qatılacaqlar.
Qeyd edək ki, beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.


40418 oxunub

InvestAZ