XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Boksçularımız Rumıniyada 7 medala sahib çıxdılar
İdman 10:44 / 28.06.2022
Rumıniyanın Georgeni şəhərində yeniyetmə və məktəbli boksçular arasında keçirilən beynəlxalq turnirə yekun vurulub. Azərbaycan millisi 12 ölkədən 212 idmançının iştirak etdiyi yarışı 3 qızıl və 4 gümüş medalla başa vurub. Ağası Məmmədovun rəhbərlik etdiyi yeniyetmə oğlanlardan ibarət yığmamızın 2 boksçusu çempion tutuluna yiyələnib. Turnirdə 54 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Məhəmmədəli Aşırəliyev finalda Florin Kaldararu (Rumıniya) ilə döyüşüb və 5:0 hesabı ilə inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məhəmmədəli Qasımzadə (57 kq) də finalda komanda yoldaşının uğurunu təkrarlayıb. Avropa birinciliyinin mükafatçısı həlledici görüşdə bolqarıstanlı Viktorio İliyevlə gücünü yoxlayıb. Döyüşü 5:0 hesabı ilə aktivinə yazan boksçumuz turniri birinci yerdə başa vurub.

Tacı Nəsibov (50 kq) isə yalnız finalda məğlub olaraq ikinci yeri tutub.

Baş məşqçi Yadigar Məmmədovun rəhbərlik etdiyi qızlardan ibarət millinin heyətində isə Emili Rzayeva (70 kq) bütün rəqiblərindən güclü olub. O, finalda Maria Tanaseskuya (Rumıniya) qalib gələrək Azərbaycan Himnini səsləndirib.

Komandamızın heyətində Aysu İsmayılova (46 kq), Nərmin Əlizadə (50 kq) və Aynur Mikayılova (52 kq) turniri gümüş medalla başa vurublar.

Beləliklə, yarışa 8 boksçu ilə yollanan Azərbaycan millisi turnirdə 7 medala sahib çıxıb.

32664 oxunub

InvestAZ