XƏBƏR LENTİ
27 İyun 2022
26 İyun 2022
24 İyun 2022
23 İyun 2022
22 İyun 2022
20 İyun 2022
16 İyun 2022
15 İyun 2022
14 İyun 2022
11 İyun 2022



Pəhləvanlarımız bu gün reytinq turnirində mübarizəyə başlayırlar
İdman 11:13 / 22.06.2022
Bu gün İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turniri start veriləcək. 4 gün davam edəcək ənənəvi yarış bu ilin üçüncü reytinq turniri statusunu daşıyır.
Yunan-Roma güləşi üzrə millimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi ilə mübarizə aparacaq. Heyətdə Eldəniz Əzizli, Murad Məmmədov, Nihad Məmmədli (hamısı 60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), İslam Abbasov (87 kq), Murat Lokyayev, Arif Niftullayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kq) yer alıb. Aparıcı güləşçilərimizdən Sənan Süleymanovla (77 kq) Rafiq Hüseynov (82 kq) zədə üzündən bu turnirdə iştirak etməyəcək.
Proqrama əsasən, Ülvi Qənizadə istisna olmaqla, bütün milli üzvləri sabah mübarizəyə başlayacaq. Görüşlər hər gün Bakı vaxtı ilə 12:30-da start götürəcək. Qaliblər elə həmin gün müəyyənləşəcək. Medallar uğrunda qarşılaşmalar 20:00-da başlayacaq. Ü.Qənizadə isə növbəti gün xalça üzərinə çıxacaq.
Turnirin son iki günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə Əfqan Xaşalov, Əliabbas Rzazadə (hər ikisi 57 kq), İslam Bazarqanov, Tural Hüseynov (hər ikisi 61 kq), Hacı Əliyev, Əli Rəhimzadə (hər ikisi 65 kq), Coşqun Əzimov, Murad Yevloyev (hər ikisi 70 kq), Turan Bayramov, Cəbrayıl Qadjiyev, Xadjimurad Qadjiyev (hamısı 74 kq), Əşrəf Aşırov, Xadjimurad Omarov (hər ikisi 79 kq), Abubakr Abakarov, Orxan Abasov (hər ikisi 86 kq), Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) ölkəmizi Romada təmsil edəcək.
İyunun 24-də son Avropa çempionu Maqomedxan Maqomedov çıxış edəcək.
Yarışın sonuncu günündə isə digər yığma üzvləri xalça üzərinə çıxacaq.
Qeyd edək ki, reytinq turnirində ədaləti birinci kateqoriyalı hakim Natiq Hacıyev qoruyacaq.

1384 oxunub

InvestAZ