XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yuliya Kərimova: “Hər şey hazırlıq prosesimizdən asılıdır”
İdman 20:08 / 07.06.2022

"Qarşıda komandamızı çətin sınaqlar gözləyir. Həm Türkiyədə keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında, həm də AVRO-2023-ün təsnifat mərhələsində iştirak edəcəyik. Çalışacağıq ki, bu oyunlarda gözəl nəticələr əldə edək”

Bu sözləri "Olimpiya dünyası” qəzetinə müsahibəsində voleybol üzrə qadınlardan ibarət yığma komandamızın üzvü Yuliya Kərimova V İslam Həmrəyliyi Oyunlarına və Avropa çempionatının seçmə mərhələsinə hazırlıqla bağlı danışarkən deyib.
34 yaşlı liberomuz oyunlara hazırlıq prosesinə may ayının 30-dan başladıqlarını bildirib.
"Komandanın bütün oyunçuları hələ kihazırlığa qoşulmayıb. Amma tezliklə, yığmamızın digər əsas voleybolçuları da bizimlə birgə məşq edəcəklər. Ümumiyyətlə, komandada yüksək əhval ruhiyyə hökm sürür. Hazırlıq prosesində heç bir çətinlik yoxdur. Təbii ki, oyun zamanı hər şey ola bilər. Hər şey hazırlıq prosesimizdən asılıdır. Buna görə də, müsbət və mənfi cəhətlərimizi görmək, ümumiyyətlə, səhvlərimizi dəqiq bilmək üçün yoldaşlıq oyunlarında iştirak etmək vacibdir. Bundan sonra onların üzərində işləyib, yaxşı nəticə göstərməyə çalışacağıq”, - deyə Yuliya Kərimova qeyd edib.
Qeyd edək ki, voleybolçularımız AVRO-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya milliləri ilə mübarizə aparacaq. Türkiyədə keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında isə komandamızın rəqibləri hələlik məlum deyil.


32188 oxunub

InvestAZ