XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Burevestnik”in əfsanəsi 90 yaşında
İdman 11:51 / 07.06.2022
Bakının "Burevestnik” komandasının voleybolçusu, SSR idman ustası, SSR-nin əməkdar məşqçisi, əfsanəvi voleybol mütəxəssisi Anatoli Makaqonov bu günlərdə 90 yaşını qeyd edib. A.Makaqonov 1956-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən tərbiyəsi İnstitutunu bitirib. Elə həmin il o, Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında bürünc medala layiq görülüb. 1959-cu ildə isə mütəxəssis Azərbaycan SSR-nin tərkibində Moskvada (Rusiya) təşkil olunan II Yay SSR Xalqlar Spartakiadasında bürünc medala yiyələnib.
Peşəkar məşqçi 20 ilə yaxın qadınlardan ibarət "Politexnik” voleybol komandasına məşqçilik edib. Qeyd edək ki, məhz bu komanda 1993-cü ildə qadınlar arasında təşkil olunan birinci Rusiya kuboku yarışının qalibi olub. Onun rəhbərliyi altında SSR-in tələbələrdən ibarət yığma komandası 1987-ci ildə Zaqrebdə keçirilən Ümumdünya Universiadasında gümüş medal əldə edib. Həmçinin Anatoli Makaqonov kişilərdən ibarət "Torpedo” komandasının böyük məşqçisi olub. 2017-2019-cu illərdə isə mütəxəssis Super Liqada yer alan Çelyabinskin qadınlardan ibarət "Dinamo Metar” komandasının məşqçilər heyətinin üzvü kimi fəaliyyət göstərib. 2019-cu ildə Anatoli Makaqonov baş məşqçi vəzifəsindən istefa verib. Elə həmin il mütəxəssis dövlət tərəfindən ikinci dərəcəli vətənə qulluq ordeni ilə təltif olunub.

28533 oxunub

InvestAZ