XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Məşqçilər üçün iclas keçirilib
İdman 10:08 / 07.06.2022

Bu gün Şağan Olimpiya İdman Kompleksində güləş üzrə U-15 Azərbaycan çempionatına start veriləcək.

İyunun 6-da çempionatın keçiriləcəyi məkanda sərbəst güləş üzrə məşqçilərin iclası keçirilib.

Tədbirdə Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov, Hakimlər Kollegiyasının sədri Qərib Əliyev, o cümlədən Gənclər və İdman Nazirliyinin aparıcı mütəxəssisi Yaşar Rzayev iştirak ediblər.

Əvvəlcə N.Musayev çıxış edərək güləşlə bağlı görülən işlərdən, qarşıya qoyulan hədəflərdən danışıb. Daha sonra Q.Əliyev və O.Məmmədov öz çıxışlarında nizam-intizama, güləş yarışlarına xas qaydalara riayət etməyin vacibliyini və digər müvafiq tələbləri diqqətə çatdırıblar. Öz növbəsində məşqçilər müəyyən məsələlərlə bağlı təkliflərini səsləndiriblər. Sonda sərbəst güləş üzrə püşkatma mərasimi keçirilib.

Qeyd edək ki, ilk dəfə keçiriləcək bu yarış Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunub. Dörd gün davam edəcək çempionatın ilk 2 günündə sərbəst, növbəti 2 günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Hər gün 5 çəkidə qaliblər müəyyənləşəcək. Medal qazanan güləşçilər bu yaş qrupu üzrə yığma komandalara cəlb olunacaq və iyulda Xorvatiyada keçiriləcək U-15 Avropa çempionatının hazırlıqlarında iştirak edəcəklər.


34062 oxunub

InvestAZ