XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Millimiz Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazandı
İdman 13:24 / 06.06.2022
Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət milli komandamız Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanıb. Kiprin Limassol şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində B qrupunda mübarizəyə başlayan millimiz Kipr, Lüksemburq və Andorra komandaları ilə qarşılaşıb. İlk görüşdə Kipr basketbolçuları ilə qarşılaşan yığmamız rəqibinə 19-11 hesabı ilə qalib gəlib. İkinci qarşılaşmada komandamız Lüksemburq yığması ilə üz-üzə gəlib və oyundan 16-10 hesablı qalibiyyətlə ayrılıb. Qrupun sonuncu oyununda millimiz Andorra basketbolçuları ilə görüşüb və rəqibinə 21-13 hesabı ilə qalib gəlib.
Qrupu ilk pillədə tamamlayan milli komandamız turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Komandamız seçmə mərhələnin yarımfinal oyununda Lüksemburq basketbolçuları ilə qarşılaşıb. Yığmamız oyundan 15-13 hesablı qələbə ilə ayrılıb və adını turnirin finalına yazdırıb. Finalda millimiz İrlandiya komandası ilə qarşılaşıb və meydandan 20-16 hesablı qələbə ilə ayrılıb. Bununla da, yığma komandamız sentyabrın 9-11-də Avstriyanın Qratz şəhərində təşkil olunacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, millimiz basketbolun 3x3 növü üzrə 2014-cü ildən sonra ikinci dəfə Avropa çempionatının əsas mərhələsinə yüksəlib.


34663 oxunub

InvestAZ