"Barselona"nın futbolçusu Jerar Pike sevgilisi olan məşhur müğənni Şakira ilə ayrılmaq üzrədir.
İspaniyanın "El Periodico" nəşrinin yaydığı xəbərə görə, müdafiəçi sevgilisinə başqa bir qadınla xəyanət edib. 35 yaşlı oyunçu günahsız olduğunu desə də, müğənni ona inanmayıb. Baş verənlərdən sonra Pike Şakira ilə birgə yaşadığı evi tərk edərək Barselonadakı evinə köçüb.
Qeyd edək ki, Şakira və Pikenin 2 oğulları olsa da, onlar evlənməyiblər.
34967 oxunub