"Liverpul"un futbolçusu Ceyms Milner Britaniya İmperiyasının ordeni ilə təltif edilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 36 yaşlı yarımmüdafiəçi futbola və xeyriyyəçilik işlərinə görə "Şavaler" ordeni alıb.
Milner 2009-2016-cı illərdə İngiltərə yığmasında oynayıb (61 matç, 1 qol) və Premyer Liqada 588 görüşdə meydana çıxıb. Bundan əlavə, futbolçu Böyük Britaniyada gənclərin sağlam istirahətini təşviq etmək üçün xeyriyyə fondu təsis edib.
39197 oxunub