Beyl "Real"la vidalaşdı
İdman 17:19 / 01.06.2022
Uels millisinin futbolçusu Qaret Beyl İspaniyanın Madrid "Real"ından ayrılıb. 32 yaşlı vinger bu barədə şəxsi instaqram hesabında bildirib. Beyl "kral klubu"nda unuda bilməyəcəyi nailiyyətlər qazandığını vurğulayıb. O, paytaxt təmsilçisində oynamaq fürsəti əldə etdiyi üçün klub prezidenti Florentino Peresə və İdarə Heyətinə təşəkkür edib.Qeyd edək ki, 2013-cü ildən "Real Madrid"də çıxış edən Qaret Beyl 3 dəfə İspaniya La Liqasının, 5 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.
28810 oxunub