XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Valentina Losanın 8,5 kq ağırlıqlı "Finalissima" kuboku
İdman 17:00 / 01.06.2022
Futbol üzrə İtaliya və Argentina milli komandaları arasında keçiriləcək "Finalissima"nın kuboku təqdim olunub. UEFA-nın rəsmi saytında yer alan xəbərə görə, təxminən 8,5 kq ağırlığında və 45 sm hündürlüyündə olan mükafat misdən hazırlanıb və gümüşlə üzlənib.
İlk dəfə 1985-ci ildə Parisdə Fransa və Uruqvay yığmaları arasında oynanılmış matçdan sonra təqdim olunan kubokun əsas hissəsi əvvəlki orijinal görünüşünü saxlayır.Bununla belə, mükafatın gümüş hissəsi tünd boz nikel örtük də daxil olmaqla yenilənib ki, bu da klassik görünüşü qorumaqla onu modernləşdirməyə kömək edir. Yenilənmiş kubokun dizaynını Valentina Losa hazırlayıb.
Qeyd edək ki, UEFA və CONMEBOL (Cənubi Amerika Futbol Konfederasiyası) 30 iyun 2028-ci ilədək nəzərdə tutulan yenilənmiş və genişlənmiş memorandum imzalayıblar. Tərəflər tədbir zamanı AVRO-2020 və Amerika Kubokunun son qaliblərinin matçın təşkil etməyi razılaşdırıblar. Avropa çempionatını İtaliya, Amerika Kubokunu isə Argentina qazanıb."Finallisima" iyunun 1-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək.


29751 oxunub

InvestAZ