Ançelotti Tçaumenini “yol gətirdi”
İdman 10:39 / 01.06.2022
UEFA Çempionlar Liqasının son qalibi Madrid "Real"ı "Monako"nun futbolçusu Aurelien Tçaumeni transfer etməyə yaxındır. "Marca"nıın yaydığı məlumata görə baş məşqçi Karlo Ançelotti 22 yaşlı yarımmüdafiəçini Madrid təmsilçisinə gəlməyə inandırmaq üçün ona şəxsən zəng vurub. Ançelotti Tçaumeniyə komandanın vacib oyunçusu ola biləcəyini və böyük gələcəyinin olduğunu söyləyib. Nəticədə futbolçu "kral klubu" ilə 5 illik müqaviləyə razılaşıb. Qeyd edək ki, Tçaumeni geridə qalan mövsümdə 35 matçda 3 qol vurub və 2 qolun ötürməsini verib.
26924 oxunub