XƏBƏR LENTİ
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026



UEFA Konfrans Liqasının ilk qalibi hansı klub olacaq?
İdman 10:06 / 25.05.2022
Bu gün UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olacaq. Ilk dəfə təşkil olunan turnirin final oyununda İtaliyanın "Roma" və Niderlandın "Feyenoord" komandaları üz-üzə gələcəklər. Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.
"Canavarlar" 95 illik tarixində ikinci, komandanın baş məşqçisi Joze Mourinyo isə beşinci kubokunu qazana bilər. Paytaxt təmsilçisi avrokuboklarda yeganə uğuruna 1961-ci ildə o vaxtkı adı ilə Yarmarkalar Kubokuna (indiki Avropa Liqası) sahib çıxmaqla imza atıb. Portuqaliyalı mütəxəssis isə hərəsində 2 dəfə olmaqla Çempionlar Liqası və Avropa Liqasında qələbə sevinci yaşayıb.
"Feyenoord"a gəlincə, Rotterdam təmsilçisi daha əvvəl 1970-ci ildə Çempionlar Liqasının, 1974 və 2002-ci illərdə isə Avropa Liqasının qalibi olub.



UEFA Konfrans Liqası


Final


25 may



23:00. "Roma" (İtaliya) - "Feyenoord" (Niderland)

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Tirana, Milli Arena.

35842 oxunub

InvestAZ