XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Taekvondoçularımız qitə çempionatında mübarizəyə başlayırlar
İdman 10:49 / 19.05.2022
Bu gün Böyük Britaniyanın Mançester şəhərində böyüklər arasında Avropa çempionatına start veriləcək. 42 ölkədən 340 taekvondoçunun iştirak etdiyi qitə çempionatında 13 idmançı ilə təmsil olunan Azərbaycan komandasının dörd üzvü yarışın ilk günündə mübarizəyə qoşulacaq.
Kişi taekvondoçulardan Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (63 kq), qadınlardan isə Patimat Abakarova (49 kq) və Röya Hacıyevanın (53 kq) rəqibləri artıq məlumdur. Belə ki, Səyyad Dadaşov xorvatiyalı Josip Teskera, Qaşım Maqomedov ukraynalı Volodimir Bıstrova, Patimat Abakarova almaniyalı Suparada Kisskalta, Röya Hacıyeva isə danimarkalı Luise Lingbaek ilə qarşılaşacaq.
Eyni zamanda parataekvondo üzrə Avropa çempionatı da başlayır. Beş idmançı ilə yarışda iştirak edən millinin iki üzvü Sabir Zeynalov (58 kq) və Röyalə Fətəliyeva (47 kq) bu gün dayanq üzərinə çıxacaqlar. S.Zeynalovun ilk rəqibi özbəkistanlı Sanjarbəy Muntorov olacaq. R.Fətəliyeva isə türkiyəli Nurcihan Ekinci ilə gücünü sınayacaq.
Qeyd edək ki, çempionatda 12 ölkədən 60 parataekvondoçu medallar uğrunda yarışacaq.

29090 oxunub

InvestAZ