XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Ən çox qazanan idmançılar
İdman 14:10 / 12.05.2022

"Forbes” ən çox qazanan idmançıların siyahısını açıqlayıb. Cədvələ PSJ-nin futbolçusu Lionel Messi başçılıq edir.

35 yaşlı argentinalının son 12 ayda gəliri 130 milyon dollar təşkil edib. Messi avadanlıq və içki istehsalçıları ilə də əməkdaşlıq edir. O, 2013-cü ildən bəri ilk dəfə meydandan kənarda Kriştiano Ronaldo (55 milyon dollar) qədər qazanc götürüb.

Reytinqdə ikinci yerdə MBA klubu "Los Anceles Leykers”in basketbolçusu Lebron Ceyms (121,2 milyon) qərarlaşıb ki, onun yalnız maaşı 41,2 milyondur. Ceyms ötən ilin oktyabrında "SpringHill” media şirkətindəki payını satıb. Siyahının ilk üçlüyünü "Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo (115 milyon, maaş - 60 milyon) qapayıb. Portuqaliyalının bir neçə böyük reklam müqaviləsi var və o, həm də restoranlar şəbəkəsinin ortaq sahibidir.

1. Lionel Messi (futbolçu) - 130 milyon dollar

2. Lebron Ceyms (basketbolçu) - 121,2 milyon

3. Kriştiano Ronaldo (futbolçu) - 115 milyon

4. Neymar (futbolçu) - 95 milyon

5. Stiven Karri (basketbolçu) - 92,8 milyon

6. Kevin Dyurant (basketbolçu) - 92,1 milyon

7. Roje Federer (tennisçi) - 90,7 milyon

8. Saul Alvares (boksçu) - 90 milyon

9. Tom Bredi (amerikan futbolçusu) - 83,9 milyon

10. Yannis Adetokunbo (basketbolçu) - 80,9 milyon).

Reytinqdə idmançıların 2021-ci il mayın 1-dən 2022-ci il mayın 1-dək qazandıqları bütün mükafatlar, maaşlar və bonuslar nəzərə alınıb. MBA oyunçuları və futbolçuların mövsümlük əmək haqları hesablanıb.


16413 oxunub

InvestAZ