XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Konfrans liqasında Albaniya finalçıları müəyyənləşib
İdman 09:04 / 06.05.2022

Konfrans Liqasında yarımfinal mərhələsi başa çatıb. "Roma" ilk görüşdə 1:1 hesablı heç-heçə etdiyi "Lester"i İtaliyada qəbul edib. Paytaxt təmsilçiləri 1:0 hesablı qələbə qazanıb və finala vəsiqə əldə edib.
"Feyenoord" pley-off mərhələsində "Marsel"lə Fransada üz-üzə gəlib. Matçda hesab dəyişməyib. İlk görüşdə 3:2 hesablı qələbə qazanan Niderland təmsilçisi finala adlayıb.
Beləliklə, turnirin finalında "Feyenoord" "Roma" ilə üz-üzə gələcək. Mayın 25-i Albaniyadakı "Kombötare" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
UEFA Konfrans Liqası, yarımfinal
Cavab oyunları
5 may
23:00. "Roma" (İtaliya) - "Lester" (İngiltərə) - 1:0
Qol: Abraham, 11
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Roma, "Olimpiko" stadionu
İlk oyun - 1:1.
23:00. "Marsel" (Fransa) - "Feyenoord" (Niderland) - 0:0
Baş hakim: Sandro Şerer (İsveçrə)
Marsel, "Velodrom" stadionu
İlk oyun - 2:3
Final
25 may
23:00. "Roma" (İtaliya) - "Feyenoord" (Niderland)

38570 oxunub

InvestAZ