XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



«Real» geri dönüb, «şəhərliləri» məyus etdi - Fotoreportaj — FOTO
İdman 08:21 / 05.05.2022
Gecə saatlarında bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub. "Real" ilk oyunda 3:4 hesabı ilə uduzduğu "Mançester Siti"ni qəbul edib. Riyad Mahrezlə hesabda irəli çıxan «şəhərlilər» oyunun son dəqiqələrində Rodriqonun qələbə qollarına mane ola bilməyiblər. Belə ki, Madrid klubunun hücumçusu Rodriqo 90 və 90+1-ci dəqiqələrdə dubl edərək, komandasını məğlubiyyətdən xilas edib, görüş əlavə vaxta gedib. Əlavə vaxtda isə Kərim Benzema penaltidən fərqlənib və "Real" möhtəşəm geridönüşlə finala yüksəlib.
Qeyd edək ki, Karlo Ançelottinin komandası finalda "Liverpul"la üz-üzə gələcək. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.



UEFA Çempionlar Liqası, yarımfinal



Cavab oyunu



4 may



23:00. "Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 3:1

Qollar: Mahrez, 73 (0:1), Rodriqo, 90 (1:1), 90+1 (2:1), Benzema, 95-pen. (3:1)

Baş hakim: Daniele Orsato (İtaliya)

Madrid, "Santyaqo Bernabeu" stadionu.

30348 oxunub

InvestAZ