XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bu gün Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gələcək
İdman 11:32 / 04.05.2022
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulacaq. İkinci oyun günündə finala vəsiqə uğrunda İspaniyanın "Real” və İngiltərənin "Mançester Siti” komandaları üz-üzə gələcək. "Santyaqo Bernabeu” stadionunda keçiriləcək matçı italiyalı baş hakim Daniele Orsato idarə edəcək. Bu komandalar arasında İngiltərədəki qarşılaşma "şəhərlilər”in 4:3 hesablı qələbəsi ilə başa çatıb. Bu cütün qalibi finalda ötən gün İspaniyanın "Vilyarreal” komandasını məğlub edən (3:2, 2:0) İngiltərənin "Liverpul” klubu ilə qarşılaşacaq.


28846 oxunub

InvestAZ