XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Çempionumuz” sosial idman layihəsi çərçivəsində növbəti görüş
İdman 11:17 / 29.04.2022
"Çempionumuz” sosial idman layihəsi çərçivəsində növbəti görüş Xəzər rayonu 185 nömrəli tam orta məktəbdə təşkil olunub.
Layihənin növbəti qonaqları cüdoçu Arif Səmədov, MMA üzrə idmançılar Bilal Əlosmanov, Xəyyam Rəhimov, MMA məşqçisi Natiq Novruzzadə, Vüqar Məmmədov və Tehran Qurbanov olublar.
Məktəblilərlə görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
İdman İdarəsinin rəisi Vüqar Əliyev "Çempionumuz” sosial idman layihəsinin mahiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.
185 nömrəli tam orta məktəbin direktor müavini Gülüm Cəfərova çıxış edərək belə tədbirlərin keçirilməsinin təqdirəlayiq hal olduğunu qeyd edib və gələcəkdə belə tədbirlərin davamlı olmasını arzulayıb.
Sonra idmançılar çıxış edərək əldə etdikləri nailiyyətlər barədə şagirdlərə məlumat verib, onlara idmanla məşğul olmağı, pis vərdişlərdən uzaq durmağı tövsiyə edib və maraqlandıran suallara ətraflı cavab veriblər.
Görüş Gənclər və İdman Nazirliyi, "Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi və Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub.




34154 oxunub

InvestAZ