XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ümumdünya Yay Universiadası təxirə salındı
İdman 10:46 / 29.04.2022
Beynəlxalq Universitet İdmanı Federasiyasının (FISU) İcraiyyə Komitəsi 2023-cü ildə Yekaterinburqda keçirilməsi nəzərdə tutulan Ümumdünya Yay Universiadasını təxirə salıb. Bu barədə FISU-nun mətbuat xidməti məlumat yayıb.
Universiada 2023-cü il avqustun 7-dən 19-dək keçirilməli idi.
Bundan əvvəl FISU Yekaterinburq şəhərini 2022-ci ilin sentyabrına planlaşdırılan Ümumdünya Döyüş Sənəti Oyunlarına ev sahibliyi etmək hüququndan məhrum edib. Yarışlar Türkiyənin Samsun şəhərində keçiriləcək. Həmçinin Rusiyada tələbələrin iki dünya çempionatı (Kazanda reqbi və Moskvada pauerliftinq) da ləğv edilib.
FISU-nun icraiyyə komitəsinin Yekaterinburqda keçirilməsi planlaşdırılan iclası noyabrın 10-12-də Brüsseldə təşkil ediləcək. Həmin iclasda 2027-ci ildə keçiriləcək Universiadanın ev sahibi seçiləcək.
Qeyd edək ki, martın 12-də FİSU Rusiya və Belarus idmançılarının təşkilatın himayəsi altında keçirilən yarışlarda iştirakını dayandırıb.




30014 oxunub

InvestAZ