XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Benfika” UEFA Gənclər Liqasının qalibi oldu
İdman 15:29 / 26.04.2022
UEFA Gənclər Liqasında 2021/2022 mövsümünün qalibinin adına aydınlıq gəlib. İsveçrənin Nyon şəhərində keçirilən final oyununda Asvtriyanın "Zaltsburq" komandası ilə Portuqaliyanın "Benfika” klubu qarşılaşıb. Görüş Portuqaliya təmsilçisinin 6:0 hesablı qələbəsi ilə yekunıaşıb. "Benfika" klubu 4-cü cəhdində bu titula sahib çıxıb. Hesabı 2-ci dəqiqədə Martim Neto açıb. 15-ci dəqiqədə Enrike Araujo fərqi artırıb. 53-cü dəqiqədə Şer N Dur 3-cü topu rəqibin qapısından keçirib. 57-ci dəqiqədə Araujo özünün 2-ci, komandasının 4-cü qolunu vurub. 69-cu dəqiqədə Luiş Semedu Avstriya təmsilçisini növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Son nöqtəni isə 89-cu dəqiqədə Araujo qoyub. Penaltidən fərqlənən 20 yaşlı hücumçu het-trikini rəsmiləşdirib.
Qeyd edək ki, "Benfika" və "Zaltsburq" 2017-ci ildə də Gənclər Liqasının finalında qarşılaşıb. Həmin oyunda Portuqaliya təmsilçisi 1:2 hesabı ilə uduzub.

31216 oxunub

InvestAZ