XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Qırmızı şeytanlar”a yeni baş məşqçi gəlir
İdman 16:17 / 21.04.2022
"Mançester Yunayted” rəhbərliyi yeni baş məşqçinin adını futbolçulara açıqlayıb. Belə ki, "Ayaks"ın niderlandlı baş məşqçisi Erik ten Haq yaxın günlərdə Mançesterə gələcək.
Niderlandlı mütəxəssisin təyinatı ilə bağlı İngiltərə Premyer Liqasının 34-cü turunun "Arsenal”la aprelin 23-də keçiriləcək oyundan sonra rəsmi açıqlama yayılacaq.
Qeyd edək ki, "qırmızı şeytanlar”ı hazırda Ralf Ranqnik çalışdırır. 63 yaşlı mütəxəssis 2021-ci il dekabrın 3-dən komandaya rəhbərlik edir.
Xatırladaq ki, 33 oyundan sonra "Mançester Yunayted" Premyer Liqanın turnir cədvəlində 54 xalla 6-cı yerdədir.

29828 oxunub

InvestAZ