XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Məşqçilərimizi tanıyaq” layihəsinin ilk qonağı
İdman 16:27 / 15.04.2022
Gənclər və İdman Nazirliyi "Məşqçilərimizi tanıyaq” adlı yeni layihəyə start verib. layihə çərçivəsində ilk görüş Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti Faiq Qarayevlə olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçirilən görüşdə idman ictimaiyyətinin nümayəndələri, gənc idmançılar, məşqçilər və akademiyanın tələbələri iştirak ediblər.
Tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva və Akademiyanın rektoru Fuad Hacıyev çıxış ediblər.
M.Vasileva idmanın inkişafındakı xidmətlərinə görə F. Qarayevə Gənclər və İdman Nazirliyinin xüsusi mükafatını təqdim edib.
Gənclər və İdman Nazirliyinin hazırladığı, Faiq Qarayevin karyerasından bəhs edən videoçarxın nümayişindən sonra mütəxəssis öz xatirələrini danışıb və görüş iştirakçılarının suallarını cavablandırıb. Görüşün sonunda F.Qarayev ən yaxşı sual sahiblərinə öz hədiyyələrini təqdim edib.
Qeyd edək ki, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi Faiq Qarayevin idmanın inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib və təcrübəli mütəxəssis müxtəlif illərdə "Şöhrət” və 2-ci dərəcəli "Əmək” ordenlərinə, "Tərəqqi” medalına layiq görülüb.

32673 oxunub

InvestAZ