XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Konfrans Liqası: yarımfinal 4 fərqli ölkə təmsilçisi yarışacaq
İdman 11:12 / 15.04.2022
Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Bütün cavab oyunları eyni gündə keçirilib və bütün yarımfinalçıların adına aydınlıq gəlib. "Lester" ilk görüşdə 0:0 hesablı heç-heçə etdiyi PSV-nin qonağı olub və 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. "Feyenoord" "Slaviya" ilə səfərdə qarşılaşıb (İlk oyun - 3:3) və 3:1 hesablı qələbə ilə növbəti mərhələyə adını yazdırıb. "Marsel" ilk oyunda 2:1 hesabı ilə qalib gəldiyi PAOK-la Yunanıstanda üz-üzə gəlib. 1:0 hesab ilə rəqibini məğlub edən Fransa təmsilçisi yarımfinala adlayıb." Roma" evdə "Budo Qlimt"lə qarşılaşıb (ilk matç - 1:2) və rəqibini 4:0 hesabı üstələyərək 1/2 finala yüksəlib. Beləliklə, yarımfinalda "Lester" "Roma" ilə, "Feyenoord" isə "Marsel"lə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları aprelin 28-də, cavab matçları isə mayın 5-də keçiriləcək.


UEFA Konfrans Liqası, 1/4 final

Cavab oyunları

14 aprel

PSV (Niderland) - "Lester" (İngiltərə) - 1:2
Qollar: Zahavi, 27 (1:0), Madisson, 77 (1:1), Pereyra, 88 (1:2)
İlk oyun - 0:0
"Slaviya" (Praqa, Çexiya) - "Feyenoord" (Niderland) - 1:3
Qollar: Dessers, 2 (0:1), Traore, 14 (1:1), Dessers, 59 (1:2), Sinisterrra, 78 (1:3)
Qırmızı vərəqə: Kaçaraba, 94+4 ("Slaviya")
İlk oyun - 3:3
PAOK (Yunanıstan) - "Marsel" (Fransa) - 0:1
Qol: Payet, 34
İlk oyun - 1:2
"Roma" (İtaliya) - "Budo Qlimt" (Norveç) - 4:0
Qollar: Abraham, 5, Zaniolo, 23, 29, 49
İlk oyun - 1:2.

27335 oxunub

InvestAZ