XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa Liqası: finala layiq yarımfinalçılar
İdman 09:39 / 15.04.2022
Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub. "Atalanta" ilk görüşdə 1:1 hesablı heç-heçə etdiyi "Leyptsiq"i qəbul edib. 2:0 hesabı ilə qalib gələn qonaqlar yarımfinala yüksəlib.
Günün maraqla gözlənilən qarşılaşmalarından biri də İspaniyada olub. "Barselona" ilk matçda 1:1 hesablı bərabərliyə razılaşdığı "Ayntraxt"la evdə qarşılaşıb və 2:3 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb. "Vest Hem" "Lion"un qonağı olub (ilk görüş - 1:1) və 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. "Braqa" isə ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi "Reyncers"lə səfərdə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
Beləliklə, yarımfinalda "Reyncers" "Leyptsiq"lə, "Vest Hem" "Ayntraxt"la qarşılaşacaq. Bu mərhələnin ilk oyunları aprelin 28-də, cavab matçları isə mayın 5-də keçiriləcək.

Avropa Liqası, 1/4 final

Cavab oyunları

14 aprel

20:45. "Atalanta" (İtaliya) - "Leyptsiq" (Almaniya) - 0:2
Qollar: Kristofer Nkunku, 18; 87-pen.
İlk oyun - 1:1

23:00. "Barselona" (İspaniya) - "Ayntraxt" (Almaniya) - 2:3
Qollar: Kostiç, 4-pen (0:1), Borre, 36 (0:2), Kostiç, 67 (0:3), Buskets, 90+1 (1:3), Depay, 90+11-pen (2:3)
İlk oyun - 1:1

23:00. "Lion" (Fransa) - "Vest Hem" (İngiltərə) - 0:3
Qollar: Douson, 38, Rays, 44, Boen, 48
İlk oyun - 1:1

23:00. "Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya) - 3:1
Qollar: Tavernier, 2 (1:0), 44-pen (2:0), Karmo, 83 (2:1), Ruf, 101 (3:2)
Qırmızı vərəqə: Tormeno, 42 ("Braqa")
İlk oyun - 0:1

39950 oxunub

InvestAZ