XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq
İdman 13:24 / 14.04.2022
Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Bununla da yarımfinalın bütün iştirakçılarının adlarına aydınlıq gələcək.
Gecənin ilk matçında İngiltərənin "Lester Siti” klubu Niderlandda PSV-nin qonağı olacaq. Lesterdəki qarşılaşmada hesab açılmayıb.
Niderlandın digər təmsilçisi "Feyenoord” isə Çexiyada "Slaviya Praqa” klubu ilə qarşılaşacaq. Komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməyib – 3:3.
Pley-off mərhələsində "Qarabağ”ı mübarizədən kənarlaşdıran Fransanın "Marsel” komandası Yunanıstanda PAOK-la üz-üzə gələcək. Marsel şəhərinin eyniadlı təmsilçisi ilk görüşdə 2:1 hesablı qələbə qazanıb.
Turnirin favoritlərindən İtaliyanın "Roma” klubu Norveçin "Budyo-Qlimt” komandasını sınağa çəkəcək. "Canavarlar” səfərdə rəqibinə uduzub - 1:2.

28010 oxunub

InvestAZ