XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bu gün Avropa Liqasının yarımfinalçıları müəyyənləşəcək
İdman 11:01 / 14.04.2022
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək. Görüşlərdən biri Bakı vaxtı ilə saat 20:45-də, digər üç qarşılaşma isə 23:00-da başlayacaq.
Gecənin ilk matçı İtaliyanın "Atalanta” və Almaniyanın "Leyptsiq” komandaları arasında olacaq. İlk qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.
İspaniyanın "Barselona” klubu Almaniyanın "Ayntraxt” komandasını qəbul edəcək. Frankfurtdakı görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.
İngiltərənin "Vest Hem Yunayted” klubu Fransada "Lion”un qonağı olacaq. Bu komandaların da ilk dueli bərabərliklə başa çatıb – 1:1. Portuqaliyanın "Braqa” klubu isə Şotlandiyada "Qlazqo Reyncers”lə üz-üzə gələcək. Qonaqlar evdəki matçda minimal hesablı qələbə qazanıblar.


28268 oxunub

InvestAZ